Rusiya Misirə rekord miqdarda taxıl tədarük edib

Rusiya Misirə rekord miqdarda taxıl tədarük edib backend

2024-cü ildə Rusiya Misirə 10 milyon tondan çox taxıl tədarük etməklə, bu Afrika ölkəsinə məhsulun ən böyük ixracatçısı olub.

Qaziler.az bildirir ki, bu barədə TASS Rusiyanın Qahirədəki səfiri Qeorqi Borisenkoya istinadən məlumat yayıb.

"Rusiya Misirin ən böyük buğda ixracatçısıdır və ötən il buraya 10 milyon tondan çox məhsul tədarük edib. Bu, görünməmiş rəqəmdir, çünki dünyada heç kim belə həcmdə taxıl almayıb", - Borisenko bildirib.

O, Moskva və Qahirənin kənd təsərrüfatı ticarəti sahəsində əməkdaşlığı davam etdirəcəklərinə ümid etdiyini bildirib.

QAZİLER.AZ

Diaspora