Mallar sərhəddə qalıb

Mallar sərhəddə qalıb backend

Azərbaycanlı sahibkarların Rusiya ərazisində yaşadıqları problem hələ də həllini tapmayıb. ANS PRESS-in əməkdaşı Azərbaycan Rusiya sərhədindəki Yalama keçid məntəqəsində olarkən, Xaçmaz rayonunun Yalama dəmiryol stansiyasının ərazisində kənd təsərrüfatı malları ilə yüklənmiş vaqonları artıq müşahidə etməsə də xarab olmuş mallara rast gəlib. Bununla da sahinkarlara xeyli ziyan dəyib.

Yenicə Rusiyadan qayıdan azərbaycanlı sahibkarların sözlərinə görə, problem indi Dərbənd stansiyası ilə yanaşı, Rostov-Moskva avtomobil yolunda da yaşanır. ANS PRESS-in məlumatına əsasən, Dərbənd stansiyasında yığılıb qalmış 200-dən artıq vaqondan xeyli hissəsi yük avtomobillərinə yüklənib. Dərbənd stansiyasında 80-dən artıq vaqon qalıb. Azərbaycanlı sahibkarlar Rostov-Moskva avtomobil yolunda Azərbaycan mallarını aparan yük avtomobillərinin sürücülərinə qarşı ciddi təzyiq olunduğunu deyirlər. Onların sözlərinə görə, həmin sürücülər döyülür, avtomaşınları yandırılır.

Azərbaycanlı sahibkar Tahir Hüseynov ANS PRESS-ə bildirib ki, müəyyən qurumlar, maşınların qarşısını Qayakənd ərazisində kəsirlər və sürücülərə imkan vermirlər ki, yükləri ünvanına çatdırsınlar:"Sürücülər döyülür, maşınlar yandırılır. Biz XİN-dən, Azərbaycanın Rusiyadaki səfri Polad Bülbüloğludan xahiş edirik ki, bizə köməklik göstərsinlər. Azərbaycanın iş adamları Azərbaycan hökümətindən Dərbənd stansıyasında yığılıb qalmış malların yük avtomobillərinə yüklənməsində, həmin kənd təsərrüfatı mallarının mənzilbaşına çatdırılmasında onlara təcili köməklik olunmasını vacib sayırlar.

ANS PRESS-in əldə etdiyi xəbərə görə, Rostov- Moskva magistral yolu Dağıstan ərazisində tamamilə bağlanıb, yük avtomobillərin irəli getməsinə qətiyyən icazə verilmir. Problemlə bağlı Xaçmaz gömrük idarəsinin Yalama postundan bildirilib ki, qonşu ölkəyə gedən kənd təsərrüfatı məhsullarının Rusiyaya keçidində Azərbaycan tərəfdən heç bir problem yoxdur. Problem Dağıstan Respublikası ərazisində yaşanır. Problemin qısa vaxt ərzində həlli üçün Azərbaycan DGK-nin rəhbərliyi Rusiyanın FGX-nin rəhbərliyi ilə danışıqları davam etdirir.
Diaspora