Parkda faciə: quyu qazan şəxslər boğulub öldü

Parkda faciə: quyu qazan şəxslər boğulub öldü backend

Hər iki şəxs hava çatışmazlığından vəfat edib. Toivuz rayonunda faciəvi hadisə baş verib. Lent.az yerli TTV (Türkel TV) kanalına istinadən xəbər verir ki, Tovuzda ehtiyatsızlıq iki nəfərin həyatına son qoyub. Rayonun Aşağı Quşçu kənd sakinləri 62 yaşlı Zaman Musayev və 41 yaşlı Azad Mürşüdov Düz Qırıqlı kəndində yerləşən mərkəzi parkda quyu qazmağa başlayıb. 4 metr qədər dərinlikdə olan quyuda yaranan hava çatışmazlığı hər iki şəxsin boğulmasına səbəb olub.

Cəsədlərin quyudan çıxarılması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Tovuz Xilasetmə Briqadası cəlb olunub. Hər iki şəxsin nəşi Tovuz Rayon Prokurorluq əməkdaşlarının iştirakı ilə Məhhkəmə Tibbi Ekspertizanın Potoloji Anatomiya Birliyinə göndərilib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Diaspora