Neft qiymətində geriləmə oldu

Neft qiymətində geriləmə oldu backend

Dünya birjalarında neftin qiymətində nisbi geriləmə müşahidə olunub. ANS PRESS-in məlumatına görə, birjaların satışlar üzrə hesabatına görə “Brent” markalı neftin qiyməti ötən günə nisbətən ucuzlaşaraq 44.58 dollara düşüb. “Texas” (WTI) markalı neftdə isə nisbi bahalaşma qeydə alınıb. Birjaların verdiyi son məlumatlara görə, "Texas" markalı neft dünənki qiymətinə nisbətən bahalaşaraq 41.61 dollar olub.

London birjasında keçirilmiş hərraclarda "AzeriLight" markalı neftin bir barelinin qiyməti 0,62 dollar və ya 1,41% artaraq 44,42 dollar təşkil edib.

Əmtəə birjalarında qızılın qiymətində nisbi ucuzlaşma müşahidə olunub. Belə ki, son günlər ucuzlaşmağa başlayan qızıl ötən həftə sonu bahaaşsa da bu səhər birjalarda qızılın qiyməti 1 qram üçün 34.55 dollar olub. Gümüşün qiymətində də nisbi ucuzlaşma olsa da bu özünü qram qiymətində göstərməyib. Birjalarda gümüşün qiyməti 1 qram üçün 0.45 dollar müəyyənləşib.



Ölkəmizdə həftəyə bahalaşma ilə başlayan ABŞ dollarının satış qiyməti dünənki düşüşdən sonra sabit qalıb. Mərkəzi bankın məlumatına görə, həftə sonu 1 ABŞ dollarının qiyməti 1.0506 AZN təşkil edib. Euroda başlayan dirçəliş həftə sonu yenə də davam edib. Avrozona valyutasının qiyməti, 1 euro üçün 1.1257 AZN təşkil edib. Rusiya rublunda qeydə alınan bahalaşma isə ucuzlaşma ilə əvəzlənib. Həftə sonu 1 rublun qiyməti 0.0162 AZN olub.

Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi belədir:
1 ABŞ dolları – 1.0506 AZN
1 Euro – 1.1257 AZN
1 rus rublu – 0.0162 AZN
Diaspora