ABŞ-da parkda toplaşan insanlar atəşə tutulub. APA TV-nin türk saytlarına istinadən xəbərinə görə, Luiziana ştatının Nyu Orleans şəhərində klip çəkmək istəyən 500 nəfərlik qrup silahlı hücuma məruz qalıb.
Bir neçə silahlı şəxs qrupa atəş açıb, nəticədə 16 nəfər xəsarət alıb. Hələlik hadisənin səbəbi və törədənlərin kimliyi müəyyənləşməyib.