Rusiyada uşaqlar üçün yeni pensiya təyin ediləcək

Rusiyada uşaqlar üçün yeni pensiya təyin ediləcək backend

Biotibbi texnologiyalardan istifadə edərək doğulmuş uşaqlara ailə başçısını (atasını) itirməyə görə sığorta pensiyasının ödənilməsi təşəbbüsünə baxılması üçün Dövlət Dumasına təqdim edilib.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bunu Rusiya parlamentinin aşağı palatasının məlumat bazasında tapmaq mümkündür. Qeyd olunub ki, layihədə atalıq məhkəmədə müəyyən olunarsa, ödəniş nəzərdə tutulur.

“Federal qanun layihəsi 166-F3 saylı Federal Qanuna sosial pensiyanın yeni növünü müəyyən etməklə dəyişiklik edilməsini təklif edir: atalığı məhkəmədə müəyyən edilmiş şəxsin ölümündən 300 gün sonra doğulan uşaqlar üçün sosial pensiya”, izahatın verildiyi yazıda qeyd edilib.

QAZİLER.AZ

Diaspora