Rusiyanın neçə illik neft ehtiyatının olduğu açıqlanıb

Rusiyanın neçə illik neft ehtiyatının olduğu açıqlanıb backend

Hazırkı hasilat templəri ilə neft ehtiyatları 26 il davam edəcək.

Qaziler.az xəbər verir ki, bunu Rusiyanın təbii sərvətlər naziri Aleksandr Kozlov deyib.

O, əlavə edib ki, Rusiyanın 31 milyard ton neft ehtiyatından yalnız 13 milyardı gəlirlidir və onların əksəriyyətini çıxarmaq çətindir.

“31 milyard ton ehtiyatın 13 milyard tonu gəlirlidir. Hazırkı istehsalla (ildə 516 milyon ton) neft ehtiyatları 26 il davam edəcək. Bu ehtiyatların əhəmiyyətli hissəsi çətin çıxarılan ehtiyatlardır ki, onlara vaxtında vergi güzəştləri verilib və bu, onların çıxarılmasını sərfəli edib”, - deyə Kozlov qeyd edib.

Firuzə Alimova / QAZİLER.AZ

Diaspora