Rusiya Çinə neft tədarükünü azaldır

Rusiya Çinə neft tədarükünü azaldır backend

2025-ci ilin ilk dörd ayında Rusiya Çinə neft tədarükünün həcmini 14,2% azaldıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Vedomosti” ÇXR Baş Gömrük İdarəsinə  istinadən xəbər verir.

Agentliyin məlumatına görə, bu müddət ərzində çinli tərəfdaşa 17,08 milyard dollara 32,38 milyon ton neft satılıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,9% azdır.

Həcmlərin azalmasına baxmayaraq, Çinə neft tədarükçüləri arasında Rusiya birinci yeri saxlayır. İkinci yeri Çinə ixracı 26,29 milyon tona (48,3%) artıran Malayziya tutur. İlk üçlüyü 25,63 milyon ton (2024-cü ildəkindən təxminən 1,9% az) tədarüklə Səudiyyə Ərəbistanı tamamlayır.

Firuzə Alimova / QAZİLER.AZ

Diaspora