İraqda kürd dilində kağız pullar buraxıldı

İraqda kürd dilində kağız pullar buraxıldı backend

İraqda ilk dəfə olaraq kürd dilində əskinas dövriyyəyə buraxılıb. Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bundan sonra İraqın milli valyutası olan 500 dinarın üzərində ərəb dili ilə yanaşı, kürd dilində yazı həkk olunacaq.

Yeni 500 dinarlıq əskinas bu gündən etibarən dövriyyəyə buraxılıb. İraq parlamentinin Maliyyə Komissiyasının üzvü Nəcibə Nəcib deyib ki, İraqın Mərkəzi Bankı bu qərarı kürd deputatların illərdən bəri həyata keçirdiyi təzyiqlərdən sonra reallaşdırıb.

Yaxın vaxtlarda 100.000 dinarlıq əskinasların da üzərində kürd dilində yazılacağını vurğulayan N.Nəcib artıq bununla bağlı da müvafiq qərar verildiyini söyləyib.

Qeyd edək ki, İraqda kürd dili ərəb dilindən sonra ikinci rəsmi dövlət dili hesab olunur.
Diaspora