Dubay şirkətindən Azərbaycana müraciət

Dubay şirkətindən Azərbaycana müraciət backend

Dubayda fəaliyyət göstərən şirkətlərdən biri Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət edib. Lent.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən "Darina Holidays" şirkətinin direktoru Asad Rami müraciətində bildirib ki, Azərbaycanda fəaliyyət göstərən şirkətlərdən biri onlara etməli olduğu ödənişi həyata keçirmir.


Qeyd olunub ki, Ü.Hacıbəyli küçəsində yerləşən "Fly Dubai" şirkəti onlara bu ilin oktyabr ayınadək 33 min 861 dollar ödəməli olub. Lakin ödəniş həyata keçirilməyib.

Müraciət əsasında araşdırma aparılır.
Diaspora