PKK marketi belə partlatdı - KAMERA GÖRÜNTÜSÜ

PKK marketi belə partlatdı - KAMERA GÖRÜNTÜSÜ backend

Türkiyədə PKK terror təşkilatının üzvləri içərisində müştəri olan mağazaya bomba atıb. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Mersində baş verən hadisədə xoşbəxtlikdən ölən və yaralanan olmayıb.


Ötən gün axşam saatlarında baş verən hadisənin görüntüləri müşahidə kameralarına düşüb. Partlayış zamanı mağazada olan şəxslər qaçaraq canlarını qurtara biliblər. Mağazaya ciddi ziyan dəyib.

Bomba atan şəxslər 2 nəfər olub və başlarına qara maska keçiriblər. Polis tərəfindən saxlanılan şübhəlilərdən birinin azyaşlı olduğu ortaya çıxıb. Polis araşdırmalarından sonra hər iki şəxs haqqında həbs qərarı çıxarılıb.

Diaspora