Kobalt, qəhvə və qızıl 2025-ci ilin yanvar-aprel aylarında investisiya üçün ən sərfəli əmtəə olub.
Qaziler.az bildirir ki, “RİA Novosti” bu barədə Londondakı “Intercontinental Exchange” (ICE Futures) və Şanxay Metal Birjasının təhlilinin nəticələrinə əsasən xəbər verir.
Dörd ayda kobalt demək olar ki, 39% bahalaşıb. Bu metal, məsələn, polad və elektrik batareyalarının istehsalı üçün geniş istifadə olunur. Qızıl 25,6% bahalaşıb. Polad (+22,3%), rodium (+18,1%) və mis (+15%) də əhəmiyyətli dərəcədə bahalaşıb.
Kənd təsərrüfatı məhsulları arasında 2025-ci ildə ən yüksək qiymət artımını “Arabica” qəhvəsi göstərib (+25,8%). Amerika birjasında soya yağı 21,4%, buğda isə 11,1% bahalaşıb.
QAZİLER.AZ