Alman avtomobil istehsalçıları “Volkswagen” və “Mercedes-Benz”in mənfəəti 2025-ci ilin birinci rübündə 40% azalıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.
Mənbənin sözlərinə görə, buna yüksək istehsal xərcləri və ABŞ-nin tarifləri səbəb olub.
Qrupun əməliyyat marjası 6%-dən 3,7%-ə düşüb. Belə çıxır ki, istehsalçı həm də gəlirliliyin azalması, artan xərclər və Çin bazarında zəif tələbatla üzləşir.
Məqalə müəllifləri vurğulayıblar ki, Avropa şirkətləri üçün ABŞ tariflərinin təsirini proqnozlaşdırmaq getdikcə çətinləşir, çünki Ağ Ev xəbərdarlıqlar, istisnalar və gecikmələrlə öz mövqeyini dəyişməkdə davam edir.
QAZİLER.AZ