Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) satdığı xam neftin orta qiyməti 2009-cu ildən bu vaxtadək ilk dəfə 40 dollardan aşağı düşüb. Təşkilatdan edilən şərhə görə, xam neftin orta qiyməti 39,71 dollaradək ucuzlaşıb.
AZƏRTAC xəbər verir ki, ekspertlər hesab edirlər ki, OPEC-in neftin qiymətini aşağı salması onun uzun müddətdir bazarda öz payını qorumaq istiqamətində göstərdiyi səyin bir hissəsidir. Keçən ilin ortalarından bu vaxtadək davam edən neftin qiymətindəki ucuzlaşma fonunda OPEC təklif çoxluğu yaradaraq rəqiblərini sıxışdırmağa çalışır.Aşağı neft qiymətləri yalnız yüksək xərcli istehsalçılar üçün problemin olmadığını deyən “Petromatrix” analitik şirkətinin müşaviri Olivyer Jabob bildirib: “Bu, eyni zamanda, OPEC üzvlərinin maliyyə vəziyyətinə də təsir göstərir”.