Ukrayna 2,6 milyard dollar borcun restrukturizasiyası ilə bağlı investorlarla razılığa gələ bilməyib. Belə ki, Kiyev may ayında defolt elan edə bilər.
Qaziler.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti yazıb.
“Ukrayna aprelin 24-də bildirib ki, 2,6 milyard dollarlıq borc sahibləri ilə razılığa gələ bilməyib və gələn ay ödəmələrin vaxtı çatana qədər restrukturizasiyaya ümidini itirib”, – qəzet yazır.
Qeyd olunur ki, may ayında Ukrayna ÜDM-ə bağlı olan qiymətli kağızlar üçün 600 milyon dollar ödəməlidir.
QAZİLER.AZ