Şəkili sənətkarın əl işləri Avropa kilsələrini də bəzəyəcək

Şəkili sənətkarın əl işləri Avropa kilsələrini də bəzəyəcək backend

Ta qədimdən müxtəlif el sənət növlərinin yaşadılması və ölkəmizdə mədəni irsin qorunub saxlanılması, xalqımızın zəngin mədəniyyətinin təbliğində əvəzsis yeri olan Şəki sənətkarları bu dəfə Avropanı heyrətləndirə bildi. ANS PRESS-in xəbərinə görə, yerli sənətkarların hazırladığı qədim sənət növü olan və hər kəsin marağına səbəb olan şəbəkə artıq Avropaya ayaq açıb. Dünyanın bir çox ölkələrində Şəki sənətkarlarının əl işləri böyük maraq doğurub. Bu dəfə yerli sənətkar Tofiq Rəsulov daha bir ilkə imza atacaq. Belə ki, məhşur şəbəkə ustasının hazırladığı əl işləri Vatikanda və Belarusda kilsələrin qapı və pəncərələrini bəzəyəcək. Həmçinin bu binaların işıqlandırma sistemində də məhz yerli sənətkarın hazırladığı şəbəkədən istifadə olunacaq.

Tofiq Rəsulovun ANS PRESS-ə verdiyi məlumata görə, Vatikanın Azərbaycandakı keçmiş səfiri Klaudio Quqerotti Belarusda diplomatik fəaliyyətə başlamazdan əvvəl Şəkidə olub. Bu zaman emalatxanasını ziyarət etdiyi Tofiq ustanın əl işləri onun böyük marağına səbəb olub. Bu tanışlıqdan sonra Vatikanın ölkəmizdəki səfiri gənclərin bu sənətə cəlb olunmasına kömək məqsədi ilə Heydər Əliyev Fondu ilə birgə Şəkidə xüsusi layihə həyata keçirib. Layihə çərçivəsində şəbəkə ustası 6 yerli gəncə bu sənətin sirlərini öyrədib. Bundan sonra isə Belarusa səfir təyin olunan Klaudio Quqerotti Tofiq ustaya yeni sifarişlər göndərib.



Şəbəkə ustası Tofiq Rəsulov ANS PRESS-ə bildirib ki, təqdim olnan layihə əsasında Avropaya göndəriləcək işlər üzərində 1 ildən artıqdır ki, çalışırlar. Sifarişdə nəzərdə tutulan şüşəsiz şəbəkə arakəsmələr, 4 şəbəkə pəncərə, şəbəkə qapılar, şəbəkə tavan və digər hissələr tam hazırdır. Artıq son tamamlama işlərinin də başa çatmaq üzrə olduğunu deyən Tofiq Rəsulova bu məsuliyyətli işin hazırlanmasında iki oğlu və davamçıları olan gənc şəbəkə ustaları da yardım edir. İlk dəfə belə mötəbər sifarış üzərində çalışdıqlarından qürurlanan gənc ustalar isə hər xırdalığa belə daha məsuliyyətlə yanaşır.
Bu gün şəbəkə sənətinin üçüncü nəsilinin davamçısı olan usta Əşrəfin nəvəsi gənc şəbəkə ustası Vüqar Rəsulzadə ANS PRESS-ə deyib ki, birgə hazırladıqları sənət əsərinin yerində quraşdırılmasında da ataları ilə birgə iştirak edəcək:"İşlərin Vatikana göndərilməsi üçün lazımi sənədlər hazırlanır. Şəkili sənətkarlarının əl işlərinin İtaliyada, Vatikan kimi məşhur bir dövlətdə kilsəni bəzəməsi ilə tarixdə bir ilkə imza atılacaq."



Tofiq Rəsulov ölkəmizin memarlıq incisi olan Şəki Xan sarayı və Şəkixanovların ev muzeyinin bərpasında şəbəkə hissələrinə ikinci həyat verən məhşur şəbəkə ustası Əşrəf Rəsulovun oğludur. Bu gündən Tofiq Rəsulovn əl işləri təkcə şərq memarlıq üslubunda tikilən məkanlarla yanaşı Avropa mədəniyyətinin ən məhşur nümunəsi olan Vatikan binaları və kilsərərində də yer alacaq.



Ta qədimdən indiyədək Şəkinin şəbəkə ustaları müxtəlif ölkələrdə saysız- hesabsız sərgilərdə iştrak ediblər. Bu ildən isə dünyanın muzey şəhəri kimi tanınan və hər il 17 milyondan artıq turist və zəvvarın ziyarət etdiyi bu unikal məkanda Azərbaycan sənətkarlarının əl işləri dahi rəssamların əsərlərini tamamlayacaq. Bura üz tutan turistləri Rafael Santinin dekorasiyaları ilə yanaşı Tofiq Rəsulovun şəbəkədən hazırladığı tavan işıqlandırması da heyrətləndirəcək. Şəkili sənətkarın adı Leonardo da Vinçi, Rafael Mikelancelo kimi dahi sənətkarların adı ilə birgə sıralanacaq. Dünya şöhrətli şəbəkənin özəlliyi isə ondan ibarətdir ki, bu əl işlərində yapışqan və mismardan istifadə olunmur. Yalnız taxta parçaları bir- birinə geydirilməklə, unikal sənət nümunələri hazırlanır.


Diaspora