Dollar dünya valyutası statusunu itirə bilər - Qərbdən xəbərdarlıq

Dollar dünya valyutası statusunu itirə bilər - Qərbdən xəbərdarlıq backend

Tramp administrasiyasının tarifləri dünyanın ehtiyat valyutası kimi dolların üstünlüyünə risklər yaradır ki, bu da ABŞ-yə inamın itirilməsinə və kredit faizlərinin artmasına səbəb ola bilər.

Qaziler.az xəbər verir ki, bu barədə iqtisadçılara istinadən “Associated Press” məlumat yayıb.

“Onilliklər ərzində dollar Birləşmiş Ştatlara “fövqəladə imtiyaz” verdi: borclanmanın dəyərini aşağı saldı və digər ölkələrə təsir göstərməyə imkan verdi. Bununla belə, Trampın tarif siyasəti bu üstünlüyü risk altına qoyur”, - “Associated Press” qeyd edib.

Kaliforniya Universitetinin iqtisadçısı Barry Eyxenqrin xəbərdarlıq etdi ki, güvən bir göz qırpımında yox ola bilər.

QAZİLER.AZ

Diaspora