İran Azərbaycanla qaz danışıqları aparacaq

İran Azərbaycanla qaz danışıqları aparacaq backend

Noyabrın 23-də Tehranda keçiriləcək qaz ixrac edən ölkələrin forumunda (QİÖF) İran Rusiya, Azərbaycan və Türkmənistanla qaz mübadiləsinə dair danışıqlar aparacaq. ANS PRESS-in məlumatına görə, bu haqda İranın neft naziri Bican Zanqani açıqlama verib. “Baş tutacaq konfransda qaz layihələri üzrə danışıqlar olmayacaq, çünki ixracatçı ölkələr qaz bazarında öz aralarında rəqabət aparırlar.” Bu arada Azərbaycanın son 10 ayda qaz ixracı 2,7 % azalıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 6 760 111,22 min kubmetr qaz ixrac edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 2,7% azdır. Hesabat dövründə gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş $186 717,51 min dəyərində 1 163 652,74 min kubmetr qaz ixrac edilib.

QİÖF dünyada qaz icracatı üzrə lider olan ölkələri birləşdirir. Forumun təməli 2001-ci ildə Tehranda qoyulub. Təşkilatın fəaliyyəti isə 2008-ci ildə isə Moskvada üzv ölkələrin energetika nazirlərinin nizamnamə qəbul etməsi və dövlətlərarası razılığın imzalanması ilə rəsmiləşdirilib.

QİÖF-a üzvləri Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, BƏƏ və Venesueladır. İraq, Qazaxıstan, Niderland krallığı, Oman və Peru isə forumda müşahidəçilər qismində iştirak edir.
Diaspora