Zaxarova Aİ-də həyat səviyyəsini aşağı salacaq səbəbi açıqladı

Zaxarova Aİ-də həyat səviyyəsini aşağı salacaq səbəbi açıqladı backend

Aİ rəhbərliyi hələ ki, Rusiyanın enerji təchizatı məsələsində mövqe dəyişikliyini nümayiş etdirməyib.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“İndiki mərhələdə belə tendensiyalar görünmür”, - deyə rusiyalı diplomat jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, Avropa İttifaqının və ya onun ayrı-ayrı üzvlərinin Rusiyanın enerji resurslarından istifadə etməkdən imtinası Avropa iqtisadiyyatının durğunluğuna və Aİ ölkələrinin özlərində həyat səviyyəsinin aşağı düşməsinə gətirib çıxaracaq.

Eyni zamanda, Zaxarova bildirib ki, Aİ bazarına tədarükün artırılması planları yoxdur. Bununla belə, diplomat vurğulayıb ki, Rusiya həmişə dünya bazarlarına enerji resurslarının etibarlı ixracatçısı olub və bu belə də qalır.

QAZİLER.AZ

Diaspora