Dağıstan Azərbaycandan aparılan meyvələri geri qaytardı

Dağıstan Azərbaycandan aparılan meyvələri geri qaytardı backend

Dağıstan Respublikası üzrə Rusiya Kənd Təsərrüfatı Nəzarət Xidməti İdarəsinin əməkdaşları Azərbaycan ilə sərhəddə iki partiya nar və xurmanı saxlayıb. RİA “Daqestan” idarənin mətbuat xidmətinə istinadən xəbər verir ki, respublikaya ümumi çəkisi 16,6 ton olan yoluxmuş meyvə keçirməyə cəhd edilib.

“Saxlama üçün əsas Dağıstanın Federal Dövlət Büdcə müəssisəsi “VNİİKR”nin meyvələrdə Şərq meyvəyeyəni və çəmən küskütü aşkar edildiyini təsdiqləyən çıxarışı olub”, - idarədə izah ediblər.



Rusiya Kənd Təsərrüfatı Nəzarət Xidmətinin məlumatına əsasən, bu karantin zərərvericiləri yaxın xaricdən gətirilən ixracat məhsullarında aşkar edilir.

Mətbuat xidmətinin nümayəndəsinin dəqiqləşdirdiyi kimi, bütün yoluxmuş məhsullar geri qaytarılıb.
Diaspora