Pekinin Vaşinqtonla ticarət qarşıdurması fonunda Çinin neft emalı zavodları Amerika neftinin alışını təxminən 90% azaldıb. Eyni zamanda, Kanada neftinin idxalını rekord səviyyəyə çatdırıblar.
Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” Kanada-Çin Enerji Forumunun prezidenti Çzyana Venjanya istinadən məlumat yayıb.
“Ticarət müharibəsini nəzərə alsaq, Çinin ABŞ-dan neft alışını artırması ehtimalı azdır. Onlar təkcə Rusiyadan və ya Yaxın Şərqdən gələn tədarüklərə güvənməyəcəklər, Kanadadan gələn hər hansı təchizat da yaxşı xəbər kimi qəbull ediləcək”, - Venjan bildirib.
Agentliyin məlumatına görə, Amerika neftinin Çinə idxalı ayda 29 milyon bareldən 3 milyon barelə enib. Kanadadan neftin tədarükü mart ayında rekord səviyyəyə - 7,3 milyon barelə yüksəlib və apreldə daha da arta bilər. Kanada neftinin idxalının artması Alberta əyaləti ilə Britaniya Kolumbiyası sahil əyalətindəki yataqları birləşdirən Trans Dağ kəmərinin genişləndirilməsi sayəsində mümkün ola bilib.
Kanada nisbətən ucuz, yüksək kükürdlü neft təklif edir. Bu xammal Çin neftayırma zavodları üçün uyğundur. Eyni keyfiyyətli xammal Yaxın Şərqdən, o cümlədən İraqdan daha baha əldə edilir.
QAZİLER.AZ