Çin ABŞ-la ticarət müharibəsində cavab addımı atıb

Çin ABŞ-la ticarət müharibəsində cavab addımı atıb backend

Çin Xalq Respublikasının hakimiyyət orqanları öz aviaşirkətlərindən “Boeing” təyyarələri və onların hissələrinin idxalını dayandırmağı tələb ediblər.

Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, qərar ABŞ-la gedən ticarət müharibəsi fonunda qəbul edilib.

Çin ölkəsinin hava yollarına Boeing Co.-nun əlavə təyyarələrinin çatdırılmasını dayandırmağı ABŞ prezidenti Donald Trampın Çin mallarına 145% tarif tətbiq etdiyi ticarət müharibəsi çərçivəsində əmr edib, - mənbə jurnalistlərə bildirib.

Müəlliflər əlavə edib ki,  Çin hakimiyyəti xərcləri arta biləcək təyyarə icarəçilərinə dəstək verməyə hazırdır. Bundan əlavə, Pekinin qərarı qüvvəyə minməzdən əvvəl pulu ödənilmiş və sənədləri verilmiş təyyarələrin idxalına icazə veriləcək.

QAZİLER.AZ

Diaspora