Qızılın qiyməti tarixi maksimuma yüksəlib

Qızılın qiyməti tarixi maksimuma yüksəlib backend

Qızıl fyuçerslərinin qiyməti ilk dəfə olaraq 1 troy unsiyası üçün 3251,9 dollara çatıb.

Qaziler.az xəbər verir ki, məlumat “Comex” birjasına məxsusdur.

Belə ki, qiymətli metalın qiyməti 0,44% artıb.

Londonun ICE birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti bir barelə görə 63,91 dollara yüksəlib. WTI markalı neftinin tədarükü may ayında müqavilələr üzrə qiyməti 1,47% artaraq bir barel üçün 60,67 dollar təşkil edib.

QAZİLER.AZ

Diaspora