2015-ci ilin oktyabr ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı 23732 müraciət cavablandırılıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müraciətlərin 28,4%-i vergilər və onların ödənilməsi qaydaları, 19,4%-i vergi nəzarəti tədbirləri, qalanları isə digər məsələlər barədə olub.
Hesabat dövründə səsli menyu vasitəsilə məlumat almaq üçün Çağrı Mərkəzinə 7115 zəng daxil olub, 3996 zəng zamanı vergi borcu, 1530 zəng zamanı isə vergi növləri ilə bağlı məlumatlar verilib.Bundan başqa, vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 136535 mesaj, o cümlədən 134219 qısa mesaj (sms) göndərilib.
Hesabat dövründə Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 419972 daxilolma qeydə alınıb.
Nazirliyin verdiyi məlumata görə, bu ilin oktyabr ayında vergi ödəyicilərinə xidmət strukturlarına ümumilikdə 37241 müraciət daxil olub.