IMF: Qarşıdakı beş ildə Azərbaycanın strateji valyuta ehtiyatları 71 mlrd. dollardan çox olacaq

IMF: Qarşıdakı beş ildə Azərbaycanın strateji valyuta ehtiyatları 71 mlrd. dollardan çox olacaq backend

Azərbaycanın strateji valyuta ehtiyatları 2025-ci ildə 71,67 milyard dollar təşkil edəcək.

"APA-Economics" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozunda bildirilib.

Fond 2026-cı il üzrə strateji valyuta ehtiyatlarını 72,36 mlrd. dollar, 2027-ci il üzrə 72,22 mlrd. dollar, 2028-ci ildə 71,75 mlrd. dollar, 2029-cu ildə isə 72,18 mlrd. dollar proqnozlaşdırıb.

Strateji valyuta ehtiyatlarının əsas hissəsini Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri təşkil edir. IMF hesab edir ki, ARDNF-in aktivləri 2025-ci ildə 60,91 mlrd. dollar, 2026-cı ildə 61,797 mlrd. dollar, 2027-ci ildə isə 61,864 mlrd. dollara qədər artacaq. 2028-ci ildə 61,594 mlrd. dollara qədər azalan aktivlər 2029-cu ildə 62,222 mlrd. dollara yüksələcək.

IMF Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarının isə qarşıdakı beş ildə azalan dinamika ilə davam edəcəyini proqnozlaşdırıb. Fond bu il üzrə AMB-nin valyuta ehtiyatlarının 10,76 mlrd. dollar, gələn il 10,56 mlrd. dollar, 2027-ci ildə 10,36 mlrd. dollar, 2028-ci ildə 10,16 mlrd. dollar, 2029-cu ildə isə 9,96 mlrd. dollara qədər azalacağını proqnozlaşdırıb.

Diaspora