İqtisadi böhranın cəngində olan Yunanıstanda zəlzələ baş verib. ANS PRESS-in məlumatına görə, yeraltı təkanların gücü 6,5 bal olub. Mərmərə dənizi bölgəsində seysmik fəallıq ötən gün axşam saatalarından artıb. Belə ki, saat 17:45-də (Bakı vaxtı ilə 19:45) dənizin sahilyanı ərazilərində ilk zəlzələ qeydə alınıb. Təkanların gücü Rixter şkalası üzrə 4,2 bal təşkil edib. Egey dənizi sahilləri də bu səhər 4,2 bal ilə silkələnib.
ABŞ Geoloji Araşdırmalar Mərkəzinin məlumatına görə, Yunanıstan zəlzələsi Lefkada adasın yaxınlığında, 10 km dərinlikdə qeydə alınıb.Hələlik dağıntı və tələfat barədə məlumat açıqlanmayıb.
"Reuters"in məlumatına görə, ilk məlumatda zəlzələnin gücü 6,7 bal göstərilib, lakin sonradan həm təkanların şiddəti, həm də baş vermə dərinliyində dəyişiklik olub. Belə ki, 6.8 ballıq zəlzələnin dərinliyi 5 km göstərilib.