Mərkəzi Bankdan internet AÇIQLAMASI

Mərkəzi Bankdan internet AÇIQLAMASI backend

Mərkəzi Bank bir sıra kütləvi informasiya vasitələrində dünən ölkənin internet şəbəkəsində baş verən problemin banklararası hesablaşmalara təsir etməsi ilə bağlı yayılmış informasiyaya münasibət bildirib.

Bankın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ölkədə qabaqcıl texnologiya və proqram təminatlarına əsaslanan arxitekturaya malik Milli Ödəniş Sistemi infrastrukturu qurulub.

Ödəniş sistemlərinin sabit, etibarlı və təhlükəsiz fəaliyyətinin təşkil edilməsi istiqamətində aparılan islahatlar nəticəsində beynəlxalq infrastrukturlardan asılılıq minimuma endirilib, yəni, Mərkəzi Bank tərəfindən vaxtında alternativ ödəniş infrastrukturu olaraq banklararası hesablaşmaların beynəlxalq infrastrukturlarla yanaşı, yaradılmış lokal telekommunikasiya şəbəkəsi üzərindən də fəaliyyət göstərməsi təmin edilib: "Bunun nəticəsidir ki, dünən internet şəbəkəsində problemin yaranmasına və bankların SWIFT platformasına çıxış imkanının məhdudlaşmasına baxmayaraq, lokal telekommunikasiya şəbəkəsi üzərində fəaliyyət göstərən Milli Ödəniş Sistemi, o cümlədən Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi və Xırda Ödənişlər üzrə Hesablaşma və Klirinq Sistemi sabit və davamlı fəaliyyətini davam etdirib, banklar arasında milli valyutada aparılan hesablaşmaların fasiləsiz və təhlükəsiz formada həyata keçirilməsi tam təmin edilib".
Diaspora