Avropa Komissiyası ABŞ-nin tariflərinə 25%-lik öz tarifləri ilə cavab vermək istəyir.
Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, AK cavab tədbirlərini təsvir edən məxfi sənədin təsdiq edilməsi üçün Aİ-yə üzv dövlətlərinə göndərib. İddia olunur ki, viski idxal rüsumuna məruz qalmayacaq.
Xatırladaq ki, aprelin 2-də ABŞ prezidenti Donald Tramp bütün idxal mallarına 10%-lik baza rüsumlarının tətbiq ediləcəyini açıqlayıb. Ümumilikdə siyahıya 185 ölkə daxil edilib.
Aİ ölkələri üçün yeni rüsumların ölçüsü 20%, Çin üçün - 34%, Hindistan üçün 26%, Cənubi Koreya üçün 25%, Yaponiya üçün 24%, Böyük Britaniya üçün 10% olaraq təyin edilmişdir. Ən yüksək rüsumlar Lesoto və Fransanın Sent-Pyer və Mikelon, Las-Kamboya (47%), Şri Lanka və Myanmaya isə hər birinə 44% olara rüsum tətbiq olunub.
QAZİLER.AZ