Ötən gün Azərbaycanda internetin kəsilməsi "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda və "Şahdəniz" qaz-kondensat yatağında iş prosesinə təsir etməyib. Bunu Trend-ə "BP Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.
Onun sözlərinə görə, internetin kəsilməsi şirkətin işinə təsir etməyib: "İnternetin olmaması ofisin işinə cüzi təsir edib, çünki internetin kəsilməsi axşam saatlarına təsadüf etdi".İnternetin kəsilməsi iri neft-qaz yataqlarında hasilata təsir edib?

