Dünya birjaları həftəyə bahalaşma ilə başladı

Dünya birjaları həftəyə bahalaşma ilə başladı backend

Parisdə baş vermiş qanlı terror hücumlarından sonra iqtisadçılar dünya birjalarının açılışında turbulentlik yaşanacağını proqnozlaşdırırdı. Teraktdan əvvəl də dünya Avropa bazarlarında vəziyyət ürəkaçan olmayıb. Belə ki, cümə günü alqı-satqılar bağlanana yaxın Britaniyanın “FTSE100” indeksi son 6 həftə ərzində ən aşağı səviyyəyə düşüb. ABŞ-da isə neft qiymətləri növbəti dəfə ucuzlaşsa da qiymətlər həftəyə bahalaşma ilə başlayıb. "Texas" markalı xam neftin bir barelinin qiyməti bahalaşaraq, 41.06 dollara, "Brent" markalı neft də artım nümayiş etdirərək 44.97 dollara çatıb.

Eyni zamanda ötən həftə qızıl və mis qiymətləri son 6 ayda ən aşağı qiymətə düşmüşdü. Bu həftə isə əmtəə birjalarında qızılın qiyməti əvvəlki göstəricilərə nisbətən bahalaşaraq 1 qram üçün 35.10 dollar olub. Gümüşün qiymətində isə stabillik qeydə alınınıb. Birjalarda gümüşün qiyməti 1 qram üçün 0.46 dollar müəyyənləşib.

Federal ehtiyat sisteminin gələn ay uçot dərəcəsini qaldıracağı ilə bağlı spekulasiyalar, maliyyə bazarlarında qeyri-müəyyənlik yaradan digər amillərdən sayılır. İnvestorlar hazırda daha sabit yatırımlara o cümlədən qızıla, ABŞ dollarına və Yapon yeninə bel bağlayır.

2 gün əvvəl baş vermiş terakt Fransanı silkələsə də, ölkənin maliyyə bazarlarının bugün həmişəki qrafik üzrə işə başlaması nəzərdə tutulur. Sadəcə olaraq maliyyəçilərin təhlükəsizliyini qorumaq məqsədilə strateji binaların mühafizəsi gücləndirilib.
Diaspora