Paris terrorunda yaralananlardan 3 nəfər dünyasını dəyişdi

Paris terrorunda yaralananlardan 3 nəfər dünyasını dəyişdi backend

Tarixinin ən qanlı terror hadisəsini yaşayan Fransa olayın şokunu hələ də üzərindən atmayıb. APA TV-nin məlumatına görə, dünyada ən çox ziyarət edilən şəhərlərdən olan Paris hücumlardan sonra səssizliyə bürünüb.

Təhlükəsizlik tədbirləri ilə əlaqədar qadağan olunmasına baxmayaraq, minlərlə insan "Cümhuriyyət meydanı"na axışmağa davam edir. Birlik və bərabərlik mesajı verən Fransa prezidenti Fransua Ollandın elan etdiyi 3 günlük matəm isə ötən gün başlayıb. Fransa prezidenti müxalifət liderləri ilə də görüşüb.

Qeyd edək ki, Paris terrorunu araşdırmaq üçün Fransanın bütün hüquq-mühafizə orqanları cəlb olunub. Polis olayda şübhəli bilinən 8-ci terrorçunun izinə düşüb. Bu, Belçikada anadan olan 25 yaşlı fransız Abdesalam Salahdır. Artıq polis onun fotosunu sosial şəbəkələrdə paylaşıb.

Bundan əvvəl isə iki terrorçunun kimliyi müəyyən olunub. Onlar 29 yaşlı Paris vətəndaşı İsmayıl Mustafa və onun Suriya vətəndaşı olan, hələlik adı açıqlanmayan qardaşıdır.

Digər yandan, hadisədən sonra polis olay yerinin yaxınlığında tərk edilmiş bir avtomobildə 3 "Kalaşnikov" markalı silah tapıb. Bununla bağlı iki nəfər saxlanılıb. Geniş əməliyyatın bir qolu da Belçikaya uzanıb. Belçikanın Molenbeek bölgəsində həyata keçirilən basqın zamanı 3 nəfər saxlanılıb.

Məlumat üçün bildirək ki, 129 nəfərin nəfəri öldüyü və 352 nəfərin yaralandığı terrora görə məsuliyyəti İŞİD öz üzərinə götürüb. Yaralılardan 80 nəfərin vəziyyəti ağır olduğundan, itki sayının çoxalması gözlənilir. Bu gecə daha 3 yaralı dünyasını dəyişib, bununla da ölənlərin sayı 132-yə çatıb.


Diaspora