Ticarət müəssisələrinə verilən biznes kreditlərinin həcmi azalıb

Ticarət müəssisələrinə verilən biznes kreditlərinin həcmi azalıb backend

Cari ilin yanvar ayının sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən ticarət müəssisələrinə verilən biznes kreditlərinin həcmi 4,22 milyard manata çatıb.

QAZİLER.AZ Trend-ə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin sonu ilə müqayisədə 28 milyon manat və ya 0,7% azdır. Belə ki, 2024-cü ilin sonuna Azərbaycandakı banklar tərəfindən ticarət müəssisələrinə verilən biznes kreditlərinin həcmi 4,248 milyard manat olub.

Qeyd edək ki, bəhs olunan dövrdə bankların kredit portfeli 27,5 milyard manat olub. Kredit portfelinin 14,7 milyard manatı biznes kreditlərinin, 8,5 milyard manatı istehlak kreditlərinin, 4,2 milyard manatı isə ipoteka kreditlərinin payına düşüb.

Biznes kreditlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 milyard manat və ya 13,9% artıb. 2024-cü ilin ilk ayının sonunda Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilmiş biznes kreditlərinin həcmi 12,9 milyard manat idi.

Diaspora