“ABŞ Ukrayna ilə imzalayacağı nadir torpaq metalları sazişinin 20 milyard dollar gəlir gətirəcəyini gözləyir”.
Qaziler.az xəbər verir ki, bunu Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hassett “NewsNation” televiziya kanalına açıqlamasında deyib.
O, reallıqda bu rəqəmin daha çox ola biləcəyini də vurğulayıb.
“Çoxlu təxminlər var, amma düşünürəm ki, bunun Amerika xalqına neçəyə başa gələcəyinə dair təxminlər təqribən 20 milyard dollardır. Lakin faktiki xərc daha yüksəkdir", - Hassett deyib.
QAZİLER.AZ