ABŞ Rusiya əleyhinə sanksiyalarda nə qədər pul itirib?

ABŞ Rusiya əleyhinə sanksiyalarda nə qədər pul itirib? backend

“ABŞ anti-Rusiya sanksiyalarına görə 300 milyard dollardan çox itirib”.

Qaziler.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Maliyyə Bazarlarına Nəzarət Komitəsinin sədri Anatoli Aksakov “NEWS.ru”ya açıqlamasında bildirib. Onun sözlərinə görə, tətbiq edilən məhdudiyyətlər təkcə Rusiyaya deyil, həm də Amerika iqtisadiyyatına ciddi ziyan vurub.

“Çox nüfuzlu ekspertlərin fikrincə, Amerika bu cür sanksiyalardan 300 milyard dollardan çox itki verib. Açığı, onları ləğv etmək daha yaxşı olardı. Həqiqətən də, suallar, mübahisələr, bəzi fikir ayrılıqları olsa belə, onları danışıqlar masası arxasında və təkcə bizim iqtisadiyyata deyil, həm də Qərb iqtisadiyyatına ziyan vuran axmaq qərarlar olmadan həll etmək daha yaxşıdır”, - Aksakov izah edib.

Parlamentari onu da qeyd edib ki, sanksiyalar siyasətindən ən böyük itkilərə Avropa məruz qalıb. Onun fikrincə, Avropa ölkələrinə dəyən iqtisadi ziyan trilyonlarla avro dəyərində ola bilər.

QAZİLER.AZ

Diaspora