2024-cü ildə pərakəndə ticarət dövriyyəsinin 60,7 faizi Bakı şəhərinin payına düşüb.
QAZİLER.AZ Teleqraf-a istinadən xəbər verir ki, bu 2023-cü illə müqayisədə real ifadədə 5,3 faiz çoxdur.
Paytaxtdan sonra pərakəndə ticarət dövriyyəsinin 5,4 faizi Abşeron-Xızı, 4,5 faizi Mərkəzi Aran, 4,1 faizi isə Lənkəran-Astara iqtisadi rayonlarının payına düşüb.
Ötən il pərakəndə ticarət dövriyyəsinin 3,9 faizi Gəncə-Daşkəsən, 3,6 faizi Qazax-Tovuz, 3,1 faizi Quba-Xaçmaz, 3,0 faizi ŞirvanSalyan, 2,9 faizi Şəki-Zaqatala, 2,5 faizi Qarabağ, 2,4 faizi Mil-Muğan iqtisadi rayonlarının, 1,9 faizi Naxçıvanın, 1,6 faizi Dağlıq Şirvan, 0,4 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarının təsərrüfat subyektlərinin ticarət fəaliyyəti sayəsində yaranıb.