2024-cü ildə Azərbaycanda hər bir ölkə sakini orta hesabla 108,8 manatlıq ödənişli xidmətlərdən istifadə edib.
QAZİLER.AZ Teleqraf-a istinadən xəbər verir ki, Qarabağ iqtisadi rayonu üzrə bu göstərici 14,4 faiz yüksəlib. Quba-Xaçmaz iqtisadi rayonunda artım 10,1 faiz, Bakı şəhərində isə 9,1 faiz təşkil edib.
Digər iqtisadi rayonlarda da müsbət dinamika müşahidə olunub. Belə ki, Abşeron-Xızı iqtisadi rayonu üzrə 8,9 faiz, Dağlıq Şirvan üzrə 8,5 faiz, Gəncə-Daşkəsən üzrə 7,8 faiz, Şəki-Zaqatala üzrə 7,7 faiz və Lənkəran-Astara iqtisadi rayonu üzrə 7,4 faiz artım qeydə alınıb.
Mərkəzi Aran və Qazax-Tovuz iqtisadi rayonlarında müvafiq olaraq 6,4 faiz və 6,3 faiz, Şirvan-Salyan iqtisadi rayonu üzrə 5,4 faiz, Mil-Muğan iqtisadi rayonu üzrə isə 3,3 faiz artım baş verib. Naxçıvan Muxtar Respublikasında isə ödənişli xidmətlərdə cüzi – 0,3 faiz artım müşahidə edilib.
Qeyd edək ki, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 15,9 manatlıq artım deməkdir.