Qızıl bütün dünyada bahalaşa bilər

Qızıl bütün dünyada bahalaşa bilər backend

Bu ilin sonunadək bütün dünyada qızılın qiyməti bir unsiya üçün 3100 dollara yüksələ bilər.

Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” “Goldman Sachs”ın analitiklərinə istinadən məlumat yayıb.

İqtisadi ekspertlərin, müxtəlif ölkələrin Mərkəzi Banklarının yaydığı məlumata görə, sözügedən qiymətli metala tələbatın artması hadisələrin belə inkişafına səbəb ola bilər.

Məqalədə deyilir ki, qızıla əsaslanan birja fondlarına investisiya axınındakı artım da vəziyyətə təsir edə bilər. Proqnozlara görə, mərkəzi banklar tərəfindən qiymətli metal alışlarının orta həcmi hər ay 50 tona çata bilər.

Belə ki, bir unsiyanın dəyəri 3300 dollara çata bilər. Bu variant, analitiklərin fikrincə, əgər qlobal iqtisadiyyat ABŞ-nin tarif siyasəti, inflyasiya və maliyyə riskləri də daxil olmaqla qeyri-müəyyənliyi dəyişməz qoysa, realdır.

QAZİLER.AZ

Diaspora