“SOCAR-a 50 min işçi lazım olacaq” - VİTSE-PREZİDENT

“SOCAR-a 50 min işçi lazım olacaq” - VİTSE-PREZİDENT backend

Yaxın 5-10 il ərzində SOCAR-ın meqa layihələrini həyata keçirmək üçün 10-12 min nəfər daimi işlə təmin olunacaq, müvəqqəti işlər üçün isə 30-35 min işçi lazım olacaq.

“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən “İnsan Resursları Forumu Bakı 2015” adlı forumda SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov bildirib.

X.Məmmədovun sözlərinə görə, hal-hazırda SOCAR-da, ölkə üzrə 55 min insan çalışır.

“55 min işçidən 17%-i qadın, 83%-i kişidir. Onlardan 12%-i rəhbər işçi, 18%-i mütəxəssis, 69%-i fəhlələrdir. Bundan başqa, SOCAR-da 260 elmi işçi çalışır, onların 14%-i elmlər dokotrudur”, - deyə X.Məmmədov bildirib.
Diaspora