Beyrutda partlayış: 43 ölü, 240 yaralı

Beyrutda partlayış: 43 ölü, 240 yaralı backend

Livanın paytaxtı Beyrutda törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Livanın səhiyyə naziri Vael Əbu Faur deyib. Nazirin sözlərinə görə, terrorçular tərəfindən törədilən iki partlayış nəticəsində 240 nəfər yaralanıb.

***** 23.15

Livanın paytaxtı Beyrutda törədilmiş iki partlayış nəticəsində 37 nəfər ölüb, azı 180 nəfər yaralanıb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə rəsmi qurumların məlumatında bildirilir.

Livanın baş naziri Təmmam Salam faciə ilə əlaqədar noyabrın 13-nə ölkədə matəm elan edilib. Məlumata görə, sabah ölkə ərazisində bütün dövlət qurumları və təhsil ocaqları bağlı olacaq.

Qeyd edək ki, partlayışlar Beyrutun cənub ətrafında yerləşən “Burc əl Baracn” düşərgəsində törədilib.