Nazir Qarabağ Dirçəliş Fonduna ianə etmiş şəxslərin sayını açıqladı

Nazir Qarabağ Dirçəliş Fonduna ianə etmiş şəxslərin  sayını açıqladı backend

İndiyə qədər Qarabağ dirçəliş Fonduna 16 mindən çox hüquqi və fiziki şəxs ianə edib.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda forumda bildirib.

Onun sözlərinə görə, ianə etmiş şəxslərin əksəriyyəti sahibkarlardır: "Bu da iş adamlarının sosial məsuliyyətinin göstəricisidir".

"Ölkəmizin inkişafında şəffaf işləyən sahibkarların əvəzsiz və çox böyük rolu var. Fürsətdən istifadə edərək bu platformadan sahibkarlarımıza təşəkkür edirəm. Onlar fəal təşəbbüslər göstərir və dövlətin dəstəyi fonunda fəaliyyətlərini korporativ sosial məsuliyyətə uyğun qurmağa çalışırlar", - deyə nazir əlavə edib.

Diaspora