Bu il yanvarın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 109,2 bənd təşkil edib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,7 bənd, 2024-cü ilin yanvarın 1-nə nisbətən 7,2 bənd çoxdur.
Ötən ilin dekabrın 31-nə manatın real effektiv məzənnəsi isə 125,1 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 2,5 bənd, 2024-cü ilin yanvarın 1-nə nisbətən 3,7 bənd çoxdur.