DSX-nin hərbi qulluqçularının maaşları artırıldı

DSX-nin hərbi qulluqçularının maaşları artırıldı backend

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında fərman imzalayıb.

Qaziler.az xəbər verir ki, fərmana əsasən, əməkdaşların aylıq vəzifə maaşları orta hesabla 10 % artırılıb.

Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməli, Dövlət Sərhəd Xidməti və Maliyyə Nazirliyi fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Fərman bu il yanvarın 1-dən tətbiq edilir.

Diaspora