2024-cü ildə Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yükdaşımalar 2023-cü illə müqayisədə 1,9% azalıb.
QAZİLER.AZ Moderator.az-a istinadla xəbər verir ki, 2024-cü ildə Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 3 milyard 329,9 milyon ABŞ dolları dəyərində 7 milyon 724,5 min ton beynəlxalq yük daşımaları həyata keçirilib.
Ötən il dəmir yolu nəqliyyatı ilə 2 milyard 488,9 milyon min ABŞ dolları dəyərində 4 milyon 947,5 min ton yük idxal edilib. İdxalın həcmi 7% artıb.
Hesabat dövründə 841 milyon ABŞ dollar dəyərində 2 milyon 777 min ton yük ixrac olunub. Bu da ixrac olunan yüklərin həcminin 14,6% azalması deməkdir.