Kaliforniyadakı meşə yanğınları ABŞ-nin iqtisadi artımını ləngidə bilər.
Qaziler.az xəbər verir ki, bu haqda “Market Watch”un sorğusuna qatılan ekspertlər bildirib.
Amerikanın “Goldman Sachs” investisiya bankının analitiklərinin hesablamalarına görə, yanğınların ümumi zərəri 2025-ci ilin birinci rübündə Amerika ÜDM-ni 0,2% azalda və yeni iş yerlərinin yaradılması sürətini ləngidə bilər.
“Morgan Stanley” hesab edir ki, təbii fəlakət ştatda, xüsusən də xidmət sektorunda 20-40 min iş yerinin azalması ilə nəticələnəcək. Bundan əlavə, yeni və işlənmiş avtomobillərin qiymətlərinin artması ilə əlaqədar inflyasiya gözlənilən səviyyəni 4-9 bənd üstələyəcək.
KPMG-nin baş iqtisadçısı Dayan Svonk qeyd edib ki, ölkədə baş verən təbii fəlakətlər daha şiddətli və uzunmüddətli təsir göstərir.
QAZİLER.AZ