2024-cü ildə Azərbaycan neftinin orta ixrac qiyməti bəlli olub

2024-cü ildə Azərbaycan neftinin orta ixrac qiyməti bəlli olub backend

2024-cü il ərzində dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta illik ixrac qiyməti bəlli olub.

QAZÍLER.AZ  bildirir ki, "APA-Economics"in apardığı hesablamalara görə, ötən il ərzində Azərbaycan neftinin orta qiyməti 82.87 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr ayları ərzində ərzində ən yüksək göstərici, 94.73 ABŞ dolları təşkil edib, ən minimal göstərici isə 71.87 ABŞ dolları səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycanın dövlət büdcəsində bir barel neftin orta illik ixrac qiyməti 75 ABŞ dollarından hesablanmışdı. Cari il isə xam neftin bir barrelinin orta illik ixrac qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.

 

 

Diaspora