Robert de Niro və Ağalarovlar Moskvada restoran açdılar

Robert de Niro və Ağalarovlar Moskvada restoran açdılar backend

Hollivud ulduzu Robert de Niro Yaponiyadan olan aşpaz Nobu Matsuxis ilə bərabər Rusiyanın paytaxtında yerləşən Crocus City Mall-da dünya şöhrətli Nobu şəbəkəsinin restoranını açıblar, Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Crocus City Mall-un mətbuat xidməti məlumat yayıb.

Məlumatda xatırladılır ki, Moskvada De Niro və məşhur aşpazın ilk restoranı 2009-cu ildə açılıb. Ümumiyyətlə, onların Nobu müəllif mətbəxləri ilk dəfə 1994-cü ildə Nyu-Yorkda açılıb. Hazırda isə onların dünyanın 28 şəhərində 33 restoranları var.

Yeni layihənin açılışına gəlincə, bu, Matsuxis, De Niro, iş adamları Araz və Emin Ağalarovların əməkdaşlığının nəticəsində baş tutub.

Ümumi sahəsi 1200 kvadratmetr olan yeni iki mərtəbəli Nobu Crocus City restoranında bar və launch-zona, 70 yerlik əsas zal və suşi-bar yerləşir. İkinci mərtəbədə isə 120 oturacaq yeri olan panorama mənzərəli zal yerləşir.

Nobu Crocus City-nin mətbəxinə fransız Demien Düvio cavabdehdir, onunla bərabər beynəlxalq komanda: yaponiyalı suşi ustası Sota Fucimori və CAR-dan olan şirniyyatçı Stüart Bell çalışır.

Onlar artıq Nobu imperiyasının digər filiallarında çalışıblar.
Diaspora