ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin Müdiri cənab Stephen Guice və səfirliyin məsul əməkdaşları BAMF-ın ofisinə baş çəkiblər. Görüşdə bir sıra məsələlər müzakirə olunub.
Beynəlxalq Avrasiya Mətbuat Fondu və ABŞ səfirliyi arasında mövcud əməkdaşlıq, həyata keçirilmiş birgə layihələr müzakirə olunub. Görüşdə BAMF-ın ABŞ Dövlət Departamenti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan vətəndaş cəmiyyətinə verdiyi töhfələrdən də söz açılıb. Görüş zamanı təşkilatın sədri cənab Mirzəyev bir daha Azərbaycanın işğal olunmuş torpaqlarına dair Minsk qrupu ölkələrinin , xüsusilə ABŞ-ın mövqeyi məsələsinə toxunub.O bildirib ki, ABŞ kimi fövqəlgüc dövlət bu münaqişədə öz ədalətli mövqeyini ortaya qoymalı, Azərbaycanın işğal olunmuş ərazilərinin tezliklə azad olunması prosesinə mütləq şəkildə öz töhfəsini verməlidir. Səfirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin Müdiri cənab Stephen Guice isə ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və bu mövqeyinin də dəyişməz olaraq qaldığını vurğulayıb. Sonra görüş gələcək layihələrin müzakirəsi ilə davam edib.