Türk lirəsi dollar qarşısında ən aşağı həddinə çata bilər

Türk lirəsi dollar qarşısında ən aşağı həddinə çata bilər backend

Türkiyənin milli valyutası ilin sonuna qədər dollar qarşısında yeni tarixi minimuma çataraq, bir dollar üçün 36 lirəyə kimi ucuzlaşa bilər.

Qaziler.az xəbər verir ki, bu barədə “TGRT Haber” telekanalı məlumat yayıb.

Ötən həftə lirə bir dollar üçün 35 lirə həddini keçərək daha bir antirekordu yeniləyib. Türkiyə Mərkəzi Bankının məlumatına görə, dekabrın 23-də 1 dolların dəyəri 35,06 lirə təşkil edib.

Telekanal qeyd edib ki, ekspertlər və valyuta bazarları vəziyyəti diqqətlə izləyir, dolların ilin sonuna qədər 36 lirəyə çata biləcəyini gözləyirlər.

Qeyd edilib ki, lirə 7 aydır ki, dollar qarşısında ucuzlaşır.

QAZİLER.AZ

Diaspora