2015-ci ilin oktyabrında Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları sentyabrla müqayisədə 180 milyon dollar (2,57 faiz) - 6 834,6 milyon dollaradək azalıb.
Bu barədə AMB-nin statistik məlumatında deyilir.
Qeyd edək ki, 2015-ci ilin əvvəlindən AMB-nin valyuta ehtiyatları 6 923,7 milyon dollar (50,3 faiz) azalıb.
Valyuta ehiyatlarının azalması ötən ilin iyul ayından müşahidə edilir.