Şimali Koreya spirti Rusiyada satılacaq

Şimali Koreya spirti Rusiyada satılacaq backend

Şimali Koreyanın “Naegohyang” şirkəti Rusiyada ticarət nişanının qeydiyyata alınması üçün ərizə verib.

Qaziler.az bildirir ki, bu barədə RBK portalı Şimali Koreya üzrə mütəxəssis, professor Andrey Lankovun mesajına istinadən yazır.

Onun sözlərinə görə, Pxenyandan olan “Nekoyang Trading Co.” şirkəti kimçi, çörək, spirt (pivə istisna olmaqla) və tütün məmulatlarının brendlərini qeydiyyatdan keçirmək istəyib. Bu şirkət Şimali Koreya spirtini Rusiyaya tədarük edən ilk şirkət ola bilər.

Şirkətin adı Koreya dilindən “Mənim Vətənim” kimi tərcümə olunur. Əvvəlcə “Naegohyang” siqaret istehsalı ilə məşğul olsa da, sonradan soju, idman avadanlıqları, elektronika və digər mallar istehsal etməyə başlayıb.

QAZİLER.AZ

Diaspora